Bildirilir ki, qrum rəhbərliyi iyun-sentyabr arasında davam edən transfer dönəminin vaxtını uzadacaq. FİFA klubların dekabrın 31-nə qədər oyunçu alıb-satmalarına icazə verməyi planlaşdırır

FİFA koronavirus üzündən transfer dönəminin vaxtında dəyişiklik edir. Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilir ki, qrum rəhbərliyi iyun-sentyabr arasında davam edən transfer dönəminin vaxtını uzadacaq. FİFA klubların dekabrın 31-nə qədər oyunçu alıb-satmalarına icazə verməyi planlaşdırır. Transferin başlama vaxtə isə dəyişməyəcək. Komandalar yaydan etibarən istədikləri futbolçunu ala biləcəklər.

çempionatların nə vaxt başlayacağı isə hələlik bəlli deyil. Bunun üçün FİFA və UEFA-da işçi qrupları yaradılıb. Hazırda onlarla federasiyalar arasında müzakirələr aparır.

                                                                                                                                                                                  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest