"Barselona" "San Paulu"da çıxış edən Qustavo Maya ilə razılığa gəlib. Matc.az "Marca"ya istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə mövsüm sonunda müqavilə imzalanacaq.

Futbolçunun agenti də bunu təsdiqləyib.  O bildirib ki, "Barselona" Mayanı izləmək üçün Barziliyaya gəlib. Oyunçu həmin görüşdə 3 qol vurub və klub nümayəndələrinin diqqətini çəkib.

19 yaşlı futbolçu "San Paulu"nun yetirməsidir. Maya komandanın əsas heyətində çıxış etməyib. Futbolçunun performansı "Barselona" ilə yanaşı, "Liverpul" və "Atletiko"nun da diqqətini çəkib.  Ancaq Kataloniya klubunda çıxış etmək Qustavonun arzusu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest