Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının cari mövsüm keçirilən oyunları "Qəbələ"də ən çox matça çıxanların siyahısında dəyişikliklərə səbəb olub. Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın heyətində çıxışını davam etdirən iki futbolçu "20-lik"də yer alıb. Onlardan biri – klubun akademiyasının yetirməsi olan Qismət Alıyev cari mövsümdə bura daxil olub. Oyun sayını 80-ə çatdıran yarımmüdafiəçi Vurğun Hüseynovu "20-lik"dən kənarlaşdırıb. Hazırda Alıyev 17-ci sırada yer alıb.
 
İndiki heyətdə rekordçu Asif Məmmədovdu. O, cari mövsümdə iştirak etməklə oyun sayını 143-ə çatdırıb. Yarımmüdafiəçi klub tarixində 4-cü sıraya yüksəlib.
 
Siyahıya 220 oyun keçirən ürfan Abbasov başçılıq edir. Dmitri Bezotosnı 2-ci, Dodo 3-cü sıradadı.
 
"20-lik"də oyunçuların yarısı 100 və ya daha çox qarşılaşmaya çıxıb. Siyahıda 9 oyunçu yerli, 11-i legionerdir.
 
Ən çox oyun keçirən 20 futbolçu
 
1. ürfan Abbasov -  220
2. Dmitri Bezotosnı -  166
3. Dodo -  161
4. Asif Məmmədov - 143
5. Voyislav Stankoviç -  142
6. Elvin Camalov - 141
7. Viktor Mendi -  127
8. Samir Zərgərov -  122
9. Cavid Hüseynov - 117
10. Rafael Santos - 104
11. Pavel Doroşev -  99
12. Abdulkader Kamara -  97
13. Azər Həşimov -  95
14. Rəşad Sadiqov -  91
15. Lyubo Baranin -  90
16. Əli İsmayılov - 82
17-18. Qismət Alıyev - 80
Sergey Zenyov -  80
19. Vitali Vernidub -  78
20. Filip Ozobiç -  74
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest