"Borussiya" (Mönhenqladbax) hücumçu Alassan Pleanın "Barselona"ya getməsinə icazə verməyib. Matc.az xəbər verir ki, Kataloniya klubu qışda futbolçunu heyətinə qatmağa cəhd edib.

İspaniya mətbuatı "Barselona"nın Luis Suaresin zədəsinin ardından əsl hədəfi Pleanı transfer etmək olduğunu yazıb. Klub oyunçu üçün qarşı tərəfə 50 milyon avro təklif etsə də, "Borussiya" forvardı satmayıb.  Nəticədə komanda Martin Braytvaytı heyətinə qatıb.

Qeyd edək ki, Plea bu mövsüm Bundesliqada 22 oyun keçirib və 8 qol vurub. O,komandasının ən çox qol vuran oyunçusudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest