UEFA martın 17-də keçiriləcək toplantıda AÇ-2020-nin bu ilin dekabrına təxirə salınması məsələsinə baxacaq. Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri xəbər yayıb.
 
Bildirilir ki, belə bir təxirəsalınma təsdiqlənsə, bu, Avropada koronavirus epidemiyası ilə əlaqədar təxirə salınmış milli çempionatları başa vurmağa imkan verəcək. 
 
UEFA-nın futbol qurumunun rəsmisi Evelina Kristillin də mətbuata açıqlamasında AÇ-2020-nin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınması üzərində çalışdıqlarını etiraf edib. 
 
Daha əvvəl "L Equipe" nəşri Avropa çempionatının 2021-ci ilədək təxirə salınacağını yazmışdı. Lakin bu barədə rəsmi qərar martın 17-də qəbul olunacaq.
 
Qeyd edək ki, AÇ-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdı. Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest