"Qarabağ" rəsmi fan-şopunda endirim kampaniyasına başlayıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Sportinq"lə oyunöncəsi rəsmi fan-şopda "blue-white Friday" adlı endirim kampaniyasına start verilib.

Bu gündən etibarən fan-şopda bütün rəsmi məhsullar 25% endirimlə satılacaq. Endirim aksiyası noyabrın 25-nə qədər davam edəcək.

Qeyd edək ki, "Qarabağ" – "Sportinq" qarşılaşması noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest