04 Mart 2020, 20:26
ÇEMPİONLAR LİQASI
Dünyada geniş yayılan koronavirus epidemiyasına görə İspaniyada keçiriləcək avrokubok matçları azarkeşsiz oynanıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək "Barselona" – "Napoli" və "Valensiya" – "Atalanta" oyunları, eləcə də, Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Sevilya" – "Roma" və "Xetafe" – "İnter" görüşləri azarkeşsiz oynanıla bilər.