“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real”ı məğlub edib.
 
Matc.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüş “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola üçün rekordla əlamətdar olub.
 
Belə ki, Madriddəki zəfər ispan mütəxəssisin Çempionlar Liqasının pley-offlarındakı 28-ci qələbəsi olub.
 
Qvardiola bununla da, Çempionlar Liqası tarixində pley-off mərhələlərində ən çox qələbə qazanan məşqçi olub. 49 yaşlı mütəxəssis bu göstəricidə Joze Mourinyo, Karlo Ançelotti və Aleks Ferqyusonu geridə qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest