Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha 2 oyun keçirilib.
 
Matc.az xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində keçirilən görüşlərdə öncə meydana “Murov”la “Azərreyl” çıxıb.
 
Qarşılaşma “dəmiryolçular” üçün uğurlu başlayıb. İlk hissəni 25:16 hesabı ilə qazanan “Azərreyl” ardınca 22:25 hesabı ilə uduzsa da, xal itirməyib. Famil Ağayevin yetirmələri üçüncü setdə 25:21, dördüncü hissədə 25:15 hesabı ilə qalib gəlib – 3:1.
 
Daha sonra “Mübariz”lə UNEC gücünü yoxlayıb. Görüş birincilərin qələbəsi ilə başa çatıb. Birinci hissədə 25:15 hesabı ilə qələbə qazanan “Mübariz” növbəti iki setdə rəqibini 25:14 hesabı ilə məğlub edib – 3:0.
 
Bu matçlardan sonra “Azərreyl” turnir cədvəlində liderliyini möhkəmləndirib. 6 görüşdə 6 qələbə qazanan komanda 18 xalla birinci pillədədi. 5 oyuna 9 xal yığan “Mübariz” 3-cü yerdədirsə, eyni sayda görüş keçirən “Murov” 3 xalla onları izləyir. UNEC isə 6 matçda cəmi 1 xal toplayıb və sonuncu pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest