İngiltərənin “Şeffild Yunayted” klubu futbolçusu Con Flekin müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2016-cı ildən “Şeffild Yunayted”də forma geyinən Flek, bu mövsüm Premyer Liqada 24 oyunda 5 qol vurub. Yarımmüdafiəçi Şotlandiya millisinin də üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest