Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, bu gün keçiriləcək iki qarşılaşma ilə turnirdəki fasilə sona çatıb.

Gecənin oyunları Almaniya və İspaniyada baş tutub. “Atletiko” öz meydanında “Liverpul”u qəbul edib. Premyer Liqada yoluna məğlubiyyətsiz davam edən “qırmızılar”ı cari mövsümdə stabil çıxış etməyən Madrid klubu sınağa çəkib. "Liverpul" bu çətin qarşılaşmada minimal hesabla uduzub. 

Digər görüşdə  “Borussiya” evdə PSJ-ni qonaq edib. Turnirin əsas favoritləri arasında göstərilən Paris təmsilçisi Almaniyadan sərfəli nəticə ilə dönməyə çalışsa da, bu istəyinə çata bilməyib. Üç qolun qeydə alındığı bu görüşdə də meydan sahibləri qələbəni bayram ediblər.

Çempionlar Liqası, 1/8 final, ilk oyunlar

18 fevral

“Atletiko” (İspaniya) – “Liverpul” (İngiltərə) 1:0
Qol: Saul, 4.
Madrid. “Vanda Metropolitano”. Baş hakim: Şimon Marçinyak (Polşa)

Atletiko: Oblak, Vrsalko, Saviç, Felipe, Lodi, Koke, Tomas, Saul, Lemar, Korrea, Morata.
 
Liverpul: Alisson, Aleksander-Arnold, Qomes, Van Deyk, Robertson, Fabinyo, Henderson, Veynaldum, Mane, Salah, Firmino.


“Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) 2:1
Qol: Haland, 69; 77 - Neymar, 75.
Dortmund. “Siqnal İduna Park”. Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

Borussiya: Bürki, Gerreyro, Hummels, Zaqadu, Hakimi, Pişek, Emre Can, Vitsel, Azar, Sanço, Haland.
 
PSJ: Navas, Menye, Tyaqo Silva, Kimpembe, Markinyos, Kurjava,, Qeye, Verratti, Di Mariya, Mbappe, Neymar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest