“Zirə” ilə oyunadək hesabında 1195 qol olan Ağdam klubu 6:0 hesabı ilə qalib gəlib. Səfərdə vurulan 5-ci top tarixə 1200-cü kimi düşüb. Yubiley qoluna 61-ci dəqiqədə Abdullah Zubir imza atıb.

“Qarabağ” Azərbaycan çempionatları tarixində 1200-cü qolunu vurub. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın 17-ci turunda baş verib.
 
“Zirə” ilə oyunadək hesabında 1195 qol olan Ağdam klubu 6:0 hesabı ilə qalib gəlib. Səfərdə vurulan 5-ci top tarixə 1200-cü kimi düşüb. Yubiley qoluna 61-ci dəqiqədə Abdullah Zubir imza atıb.
 
Xatırladaq ki, “Qarabağ”ın ilk qolu 1992-ci ildə Sabirabad “İnşaatçı”sı ilə ev matçına təsadüf edib. Hesabı açan Mehman Alışanov həm klubun, həm də ölkə çempionatları tarixinin ilk qolunun müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest