"Məqsədimiz çempionlar Liqasını qazanmaqdır". Matc.az xəbər verir ki, bunu "Barselona"nın idman direktoru Erik Abidal deyib. Onun fikrincə, bu turniri qazanmaq çətin olsa da, mümkünsüz deyil: "Həmişə xatırlamalıyıq ki, çempionlar Liqası bizim olmalıdır. çempionlar Liqası Kuboku evə qayıtmalıdır. Mənim üçün "Barselona" yeganə rəqibdir. Bir komanda fiziki və zehni olaraq özünü yaxşı hiss edərsə, topu bizdən götürmək və qazanmaq çox çətin olacaq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest