Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxıb. Paytaxt təmsilçisi Qazaxıstanın "Kaysar" klubu ilə qarşılaşıb

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Qazaxıstanın "Kaysar" klubu ilə qarşılaşıb.
 
Belekdeki Hüseyn Aygün Futbol Mərkəzində keçirilən oyuna Bakı vaxtı ilə saat 17:00-da start verilib. "Kaysar" - "Sabah" oyunu 20 yanvar şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. "Sabah" matça qara sarğıyla çıxıb.
 

PFL-in "youtube" kanalı vasitəsilə canlı yayımlanan qarşılaşmada qapılara 4 qol vurulub. Hesabı qazaxların açdığı matçda "Sabah" əzmkar qələbəyə sevinib.

 
"Sabah" bundan əvvəlki yoxlama matçlarında  "Akademika Klinçeni" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, "Pakş"a (Macarıstan) 0:2 hesabı ilə uduzub.
 
Yoxlama oyunu
19 yanvar
 
Sabah – Kaysar (Qazaxıstan) 3:1
Qol: Filip İvanoviç, 57. Ceyhun Nuriyev, 83. Mario Marina, 87.
Türkiyə, Hüzeyn Aygün Futbol Mərkəzi
 
"Sabah"ın start heyəti: 1. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 4. Bəhlul Mustafazadə, 19. Təmkin Xəlilzadə, 22. Məqsəd İsayev, 11. Şakir Seyidov, 30. Mario Marina, 26. Ozan Can Kökcü, 10. Cavid İmamvediyev, 7. Coşqun Diniyev, 41. Marko Deviç.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest