Azərbaycan idmançıları 2019-cu ildə 775 medal qazanıblar. Bu barədə Gənclər və İdman Nazirliyinin hesabatında bildirilir. Medalların 271-i qızıl, 238-i gümüş 141-i isə bürünc medaldı. Olimpiya idman növlərində 90 qızıl, 96 gümüş 141 bürünc medal əldə edilib.

Azərbaycan idmançıları 2019-cu ildə 775 medal qazanıblar. Matc.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin hesabatında bildirilir.

Medalların 271-i qızıl, 238-i gümüş 141-i isə bürünc medaldı. Olimpiya idman növlərində 90 qızıl, 96 gümüş 141 bürünc medal əldə edilib. Qeyri-olimpiya idman növlərində isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal qazanılıb.

İdmançılar Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında 5 qızıl, 10 gümüş, 13 bürünc, ümumilikdə 28 medal, İtaliyanın Neapol şəhərində XXX Ümümdünya Universiadasında 2 qızıl, 3 gümüş, 2 bürünc, ümumilikdə 7 medal əldə ediblər.

Bakıda təşkil olunan Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası ilk dəfə medal sıralamasında 4-cü olub. İdmançılar 10 qızıl, 7 gümüş, 6 bürünc olmaqla umumilikdə 23 medal qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest