25 Avqust 2026, 16:24
FUTBOL
"Qəbələ" İdman Klubu ilə "Qəbələ Konserv Zavodu" MMC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 2026–2027-ci illər mövsümünü əhatə edən razılaşma çərçivəsində "Qəbələ Konserv Zavodu" MMC-nin istehsal etdiyi "Jalə" suları "Qəbələ" İdman Klubunun rəsmi su təminatçısı olacaq.
Əməkdaşlıq çərçivəsində "Qəbələ"nin əsas komandasının oyun formalarının qol hissəsində "Jalə" sularının loqosu əks olunacaq. Bundan əlavə, Qəbələ şəhər stadionunda şirkətin reklam bannerləri yerləşdiriləcək.













