18 Dekabr 2019, 16:57
                
                
                
                                AVROPA LİQASI 
                                
                
               
              
				  
 
Avropa Liqasının pley-off mərhələsində istifadə olunacaq topu UEFA təqdim edib. Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Topun üzərində Avroliqanın rənglərindən istifadə olunub və turnirin final matçının keçiriləcəyi Qdansk stadionunun təsviri yer alıb.
Qeyd edək ki, Avropa Liqasında pley-off oyunlarına fevralda start veriləcək.

 
             
 















