İsrailin Eylat şəhərində 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. Matc.az xəbər verir ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
 
Bu gün körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan qızlarda Aişə Əliyeva çıxıb. O, 40 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 85 kq (36+49) nəticə ilə 6-cı yeri tutub.
 
Selcan Qarayeva isə 45 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz 121 kq (53+68) nəticə ilə 7-ci yeri tutub.
 
İlk yarış günündə oğlanlardan körpücük üzərinə yaşı 15-ə qədər olan atletlərdə Kənan Rəhimov çıxıb. O, 49 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 168 kq (70+98) nəticə ilə 6-cı yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest