Siyahıda "Qarabağ" daha çox - 4 oyunçu ilə təmsil olunub. "Səbail"in 3, "Neftçi"nin 2, "Keşlə" və "Zirə"nin hərəsindən bir futbolçu rəmzi komandada yer alıb.

Topaz Premyer Liqasının XI turunun rəmzi komandası açıqlanıb. Matç.az saytı xəbər verir ki, turun "11-liy"i "InStat" şirkətinin təhlilinə əsasən qurulub.

Siyahıda "Qarabağ" daha çox – 4 oyunçu ilə təmsil olunub. "Səbail"in 3, "Neftçi"nin 2, "Keşlə" və "Zirə"nin hərəsindən bir futbolçu rəmzi komandada yer alıb.

Qapıçı: Emil Balayev ("Səbail")

Müdafiəçilər: Tellur Mütəllimov ("Zirə")–2, Bədavi Hüseynov ("Qarabağ")–2, Rahil Məmmədov ("Qarabağ")-3, ömər Buludov ("Neftçi") 

Yarımmüdafiəçilər: Baqali Dabo ("Neftçi")-3, Filip Ozobiç ("Qarabağ")–3, Markos Madera ("Qarabağ")–3, Sertan Taşqın ("Keşlə"), 

Hücumçular: Ruslan Qurbanov ("Səbail")–2, Yevgeni Koçuk ("Səbail") 

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest