Böyük Britaniya Paralimpiya Asosiasiyasının fəxri vitse-prezidenti Entoni Saynsbari Bakıya gəlib. Matc.az xəbər verir ki, o, Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək "Yenilməzlər" adlı Beynəlxalq Qala Təqdimatda iştirak etmək üçün ölkəmizə səfər edib.

Böyük Britaniya Paralimpiya Asosiasiyasının fəxri vitse-prezidenti Entoni Saynsbari 1946-cı ildə Böyük Britaniyada anadan olub. Beynəlxalq əlil arabasında Basketbol Federasiyasinin vitse-prezidenti olub. Böyük Britaniya Milli Paralimpiya Yiğmasının Paralimpiya oyunlarında 5 dəfə missiya rəhbəri olub.

2009-cu ildə 7 nəfər görkəmli səxsdən biri kimi Paralimpiya Orderinin mükafatçısı olub. Bakı-2015 I Avropa Oyunları komissiyasinin üzvü kimi Atletlər kəndinin qurulmasında fəal iştirak edib. Hazırda Niderland Krallığında "İdman infrastrukturu və idmanın texniki planlaşdırılması" təşkilatının direktoru vəzifəsində işləyir.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin beynəlxalq əlaqələrinin qurulmasında və təbliğində xüsusi xidmətləri var. O, hazırda da bu missiyanı davam etdirir.

Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest