Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət milli komandaları Gürcüstanın Batumi şəhərində təşkil olunan Avropa çempionatının son turunu qələbə ilə başa vurublar. Matc.az xəbər verir ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisi Ermənistanla, kişi şahmatçılarımız isə Sloveniya ilə qarşılaşıb.
 
Qadınların mübarizəsində Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Xanım Balacayeva, ülviyyə Fətəliyeva və Gülnar Məmmədova isə rəqibləri ilə heç-heçə etdiklərindən millimiz 2,5:1,5 hesablı qələbəyə sevinib.
 
Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun müddətdən sonra ilk dəfə Avropa çempionatının medalçıları arasında yer alıb. Azərbaycan yığması 3-cü yeri tutaraq, bürünc medalın sahibi olub.
 
Kişi şahmatçılardan ibarət Azərbaycan yığması isə sonuncu turda Sloveniyadan üstün olub – 3:1. Eltac Səfərli ilə Arkadi Naydiç heç-heçə etdiyi halda, Rauf Məmmədov və Qədir Hüseynov rəqiblərini məğlub edib. Amma bu, kişi şahmatçılardan ibarət yığmamızın Aç-də mükafatçılar sırasına düşməsi üçün yetərli olmayıb.
 
Qeyd edək ki, Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb. Kişilərdən ibarət yığma isə üç dəfə - 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb, 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medala layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest