"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç bu dəfə qolla yanaşı, jesti ilə də diqqət çəkib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, isveçli forvard MLS-in yarımfinalında "Los Anceles"lə görüşdən sonra rəqib azarkeşlərini təhqir edib.

Belə ki, komandasının 3:5 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra Zlatan meydanı tərk edərkən fanatlara tərəf dönərək, cinsiyyət orqanını onlara göstərib. Onun bu hərəkəti ABŞ-da birmənalı qarşılanmayıb.

Qeyd edək ki, İbrahimoviç həmin görüşdə 1 qol, 1 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest