Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da bu turnirdə növbəti matçına çıxıb.
 
Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi doğma meydanda Kiprin APOEL klubu ilə üz-üzə gəlib.
 
Azərbaycan çempionu bu oyunda ardıcıl ikinci qələbəni qazanmağı hədəfləmişdisə, Kipr təmsilçisi ilk xal və xallarını əldə etmək istəyindəydi. çünki APOEL ilk turda Lüksemburq "Düdelanj"ına 3:4, daha sonra İspaniya nəhəngi "Sevilya"ya 0:1 hesabıyla uduzmuşdu. Ağdam klubu isə doğma meydanda "Sevilya"ya uduzmuşdusa (0:3), "Düdelanj" səfərində qalib gəlmişdi – 4:1.
 
Bu oyun "Qarabağ" üçün təkcə qrupdan çıxmaq yox, həm də bu mövsüm məhz APOEL-dən aldığı ağır məğlubiyyətin qisasını almaq baxımından vacib əhəmiyyət daşıyırdı. Belə ki, UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ağdam klubu məhz bu komanda ilə qarşılaşmışdı. Amma səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq çL-dən kənarda qalmışdı. 

Bu qarşılaşma daha məhsuldar alınıb. Təmsilçimiz 4 qolun qeydə alındığı qarşılaşmadan heç-heçə ilə ayrılıb.
 
Bu gün qrupun digər oyununda "Sevilya" doğma meydanda "Düdelanj"la münasibətlərinə aydınlıq gətirəcək.
 
Avropa Liqası
A qrupu
24 oktyabr
 
"Qarabağ" - APOEL 2:2
Qol: D.Kintana, 13. A.Silva, 58 - N.İoannu, 29. L.Hallenius, 45+1.
Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdulay Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 99. Maqaye Qeye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolas İoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 17. Antonio Yakoliş, 23. Joazinyo, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll.
 
 

Sevilya

2

2

0

0

4-0

6

Qarabağ

3

1

1

1

5-5

4

Düdelanj

2

1

0

1

5-7

3

APOEL

3

0

1

2

4-6

1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest