Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşacaq APOEL ölkəmizə gəlib. Matc.az saytının məlumatına görə, Kipr təmsilçisini gətirən təyyarə bir qədər əvvəl Bakıya enib.

Komanda hava limanından qalacağı otelə yollanıb. Bu gün axşam saatlarında isə qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionunda son məşqini edəcək.

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - APOEL görüşü saat 20:55-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest