"Kritik oyuna çıxacağıq. Növbəti mərhələ şansını qorumaq üçün xalla dönməliyik. Məğlubiyyət komandanın ümidlərinin üstündən xətt çəkə bilər. Təəssüf ki, "Düdelanj"la görüşün nəticəsi vəziyyəti bu həddə gətirdi".

"Düdelanj"a məğlubiyyət komandaya mənfi təsir göstərdi. Futbolçular həmin matçı çevirə bilmədilər". Matc.az saytının məlumatına görə, bunu APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos deyib.

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın qonağı olacaq Kipr klubu bir qədər sonra yola düşəcək. Səfər öncəsi hava limanında fikirlərini bölüşən Petevinos Bakıya xal qazanmaq üçün yollanacaqlarını bildirib.

O, şanslarını davam etdirmək baxımından bunun böyük önəm kəsb etdiyini vurğulayıb: "Kritik oyuna çıxacağıq. Növbəti mərhələ şansını qorumaq üçün xalla dönməliyik. Məğlubiyyət komandanın ümidlərinin üstündən xətt çəkə bilər. Təəssüf ki, "Düdelanj"la görüşün nəticəsi vəziyyəti bu həddə gətirdi. "Qarabağ"la matça uğurlu nəticə əldə etmək üçün yaxşı oynamalıyıq. Rəqiblərin bir-birini tanıması hər ikisi üçün üstünlükdü. "Qarabağ"a qarşı ilk oyunda sürprizlər gördük. Amma bu mövsüm artıq iki dəfə qarşılaşmışıq və bir-birimizi tanıyırıq. "Qarabağ" kimi, biz də uğurlu nəticə qazanmaq məcburiyyətindəyik. Asan olmayacaq, amma həyatda qalmaq istəyiriksə, nəticə əldə etməliyik".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – APOEL matçına saat 20:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest