"Mançester Yunayted" ilin sonuna qədər baş məşqçisini dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərlik hazırkı çalışdırıcı Ole Qunnar Sulşerin fəaliyyətindən razı deyil.

Mövsümə uğursuz start götürən "qırmızı şeytanlar" norveçli mütəxəssisə daha 2 oyunluq şans verib. Digər tərəfdən isə baş məşqçi axtarışlarına start verilib. Sulşeri əvəzləməyə ən real namizəd "Leypsiq"in çalışdırıcısı Yulian Naqelsmann göstərilir. İngilislər 32 yaşlı mütəxəsslə yaxından maraqlanır və onunla təmasa keçməyə hazırlaşır.

Qeyd edək ki, Yulian Naqelsmannın "Leypsiq"lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest