Avropa Liqasında qrup mərhələsinin II turunun simvolik komandası müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA rəsmi saytı vasitəsilə ən yaxşı "11-liy"i açıqlayıb.

Maraqlıdı ki, dünən "Düdelanj" üzərində Lüksemburqda böyükhesablı qələbə qazanan "Qarabağ"ın da bir üzvü rəmzi komandaya düşüb. Söhbət 1 qol, 1 assistlə yadda qalan Dani Kintanadan gedir. İspaniyalı oyunçu FedEx-in araşdırmasına görə, günün ən yaxşı yarımmüdafiəçiləri sıyasında yer alıb.

 

Simvolik komanda

Qapıçı: Plamen İliev ("Lüdoqorets")

Müdafiəçilər: Boli Bolinyoli ("Seltik"), Rafael Forster ("Lüdoqorets"), Evan Ndika ("Ayntraxt"), Kiran Terni ("Arsenal")

Yarımmüdafiəçilər: Məhəmməd Elyunussi ("Seltik"), Dani Kintina ("Qarabağ"), Bruno Fernandes ("Sportinq"), Qabriel Martinelli ("Arsenal")

Hücumçular: Donyell Malen (PSV), Umar Sadiq ("Partizan")

 

Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçirilən "Düdelanj" - "Qarabağ" oyunu təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest