Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da bu turnirdə növbəti matçına çıxıb.
 
Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi səfərdə Lüksemburqun "Düdelanj" klubu ilə üz-üzə gəlib.
 
Şotlandiyadan olan hakimlər briqadasının idarə etdiyi qarşılaşmada meydan sahibləri ardıcıl ikinci qələbəni qazanmağı hədəfləmişdisə, "Qarabağ" ilk xal və xallarını əldə etmək üçün meydana çıxmışdı. çünki ilk turda Ağdam klubu doğma meydanda İspaniya təmsilçisi "Sevilya"ya uduzmuşdusa (0:3), "Düdelanj" səfərdə Kipr APOEL-inə qalib gəlmişdi – 4:3.

"Jozi Bartel" stadionunda keçirilən oyun "Qarabağ"ın üstünlüyü şəraitində keçib. İlk hissədə hətta təxribatla da üzləşən təmsilçimiz təxminən 20 dəqiqə fasilə yaranmış qarşılaşmada darmadağınla qalib gəlib.
 
Bu gün qrupun digər oyununda "Sevilya" doğma meydanda APOEL-lə münasibətlərinə aydınlıq gətirib. İspaniya təmsilçisi ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.
 
Avropa Liqası
A qrupu
3 oktyabr
 
Düdelanj - Qarabağ 1:4
Qol: A.Bernye, 90 - A.Zubir, 11. Miçel, 30. R.Almeyda, 37-pen. D.Kintana, 69.
Qırmızı vərəqə: M.Qaros, 62.
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. "Jozi Bartel" stadionu.
 
Düdelanj: 1. Conatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Danel Sinani, 16. Tibo Leskua, 20. Mişel Qaros, 22. Antuan Bernye, 23. Rayan Klapp, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren, 98. Loran Mendi.
Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kools, 13. Omar Natami, 24. Mehdi Kirş, 26. Korentin Lavye, 27. Adel Bettayeb, 28. Şarl Morren.
Baş məşqçi: Bertrand Krasson.

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 26. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye. 
Baş məşqçi: Qurban Qurbanov.
 
Sevilya - APOEL 1:0
Qol: çiçarito, 18.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest