"Atletiko" çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Moskva "Lokomotiv"ini məğlub edib – 2:0. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma "Atletiko"nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub. 
 
Belə ki, argentinalı mütəxəssis "Atletiko" ilə çL-də 35-ci qələbəsini qazanıb. O, bununla da, İspaniya komandaları ilə çL-də ən çox qələbə qazanan baş məşqçi ünvanını əldə edib.
 
Simeonedən əvvəl bu rekord Visente del Boskeyə aid idi. O, "Real"la çL-də 34 qələbə qazanmışdı.
 
Simeone ümumilikdə çempionlar Liqasında bir komanda ilə ən çox qələbə qazanan baş məşqçilər sıralamısanda 6-cı yerdədir. Siyahının ilk pilləsində "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqyusondur. O, "qırmızı şeytanlar"la çL-də 102 qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest