"Real" qış "transfer pəncərəsi"ndə "Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Meynin transferi ilə bağlı sorğu göndərib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat verib.

Bildirilir ki, təklif uyğun olarsa, Meyn dərhal İspaniya klubuna keçməyə hazırdır. "Mançester Yunayted" futbolçunu 80 milyon avroya qiymətləndirir və onu asanlıqla satmaq fikrində deyil.

"Bavariya", "Lion" və "Napoli" də vəziyyəti izləyir. Xüsusilə, İtaliya klubunun da qışda futbolçunu almaq istədiyi barədə daha əvvəl məlumat yayılmışdı.

Qeyd edək ki, 20 yaşlı Meyn "Mançester Yunayted" akademiyasının məzunudur. Bu mövsüm bütün turnirlərdə 2 matçında iştirak edib, ümumilikdə 135 dəqiqə meydanda olub. O, bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest