çempionlar Liqasının qrup mərhələsində II tura start verilib. Matc.az saytının məlumatına görə, ilk gündə 8 görüş baş tutub.

Keçirilən oyunlar bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb...

- "Bayer"lə qarşılaşmada son nöqtəni qoyan "Yuventus"un hücumçusu Kriştianu Ronaldo çempionlar Liqasında qollarının sayını 127-yə çatdırıb. O, bunun 15-ni "Mançester Yunayted"də, 105-ni "Real"da, 7-ni isə "Yuventus"da vurub. Portuqaliyalının ən yaxın izləyicisi Lionel Messinin aktivində 112 top var.

- çempionlar Liqasında 102-ci qələbəsinə sevinən Ronaldo bu baxımdan rekordu ələ keçirib. O, "Portu"nun qapıçısı İker Kasilyasa məxsus rekordu (101 qələbə) yeniləyib. 3-cü pillədə sabiq "Barselona"lı Xavi (91 qələbə) qərarlaşır.

- "Mançester Siti" bu mövsüm bütün turnirlər daxil ardıcıl 5-ci qələbəsini qazanıb. "Şəhərlilər" bu matçlarda 19 qol vurub, cəmi 1 dəfə mərkəzə dəvət edilib.

- "Bavariya" önündə darmadağın olan "Tottenhem" ilk dəfə öz meydanında 7 top buraxıb. ümumiyyətlə, bu, ingilis klublarının avrokuboklarda ən böyükhesablı ev məğlubiyyəti olub.

- Mövsümə əla start götürən "Bavariya"nın hücumçusu Robert Levandovski bütün turnirlərdə meydana çıxdığı 9 görüşdə 14 qola imza atıb.

- "Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq isə 10 oyununda 9-cu qolunu vurub.

- Yayda "İnter"dən icarəyə götürülən Mauro İkardi PSJ-nin heyətində "siftə"ni "Qalatasaray"la səfər qarşılaşmasında edib.

- "Lokomotiv"lə Rusiyadakı görüşdə hesabı açan "Atletiko"nun yarımmüdafiəçisi Joao Feliks çempionlar Liqasında "siftə" edib. 19 yaşlı portuqaliyalı "Atletiko"nun heyətində çL-də fərqlənən ən gənc futbolçu kimi tarixə düşüb. O, 2008-ci ildə 20 yaşında fərqlənən Serxio Aqueronun rekordunu yeniləyib.

- "Tottenhem"in yarımmüdafiəçisi Son Min-Hon "Bavariya" ilə görüşdə fərqlənərək, çempionlar Liqasında 2019-cu ildə 5-ci qoluna imza atıb. Koreyalı oyunçu bu baxımdan yalnız "Barselona"nın kapitanı Lionel Messidən (6 qol) geri qalır.

- PSJ-yə məğlubiyyətdən sonra "Brügge" ilə bərabərə qalan "Real" tarixində ilk dəfə çL-in ilk iki matçında qələbə qazana bilməyib.

- "Real" 2006-cı ilin dekabrından bəri ilk dəfə ən nüfuzlu klub turnirində 2 top fərqi ilə geri düşüb. Komanda həmin vaxt da Kiyev "Dinamo"su ilə heç-heçə etmişdi - 2:2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest