Avropa Liqasının qrup mərhələsinin II turunda "Düdelanj"la keçiriləcək oyun "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Matc.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, 47 yaşlı mütəxəssis Lüksemburqda yubiley görüşünə çıxacaq.

Belə ki, həmin oyun Qurbanovun Azərbaycan çempionunun "sükanı arxası"nda 100-cü avrokubok matçı olacaq. Qurbanovlu "Qarabağ" indiyə qədər Avropa arenasında 39 qələbə, 27 heç-heçə, 33 məğlubiyyətlə yadda qalıb.

Qeyd edək ki, "Düdelanj"la "Qarabağ" arasında oyun oktyabrın 3-də "Jozi Bartel" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest