Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib. Matc.az saytının məlumatına görə, ilk gündə bir oyun baş tutub.

Son çempion "Qarabağ" ilk turlardan qeyri-stabil qrafik cızan "Sumqayıt"ı sınağa çəkib. Ardıcıl 5 qələbə ilə turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi favoriti olduğu görüşdə uğurlu seriyasını davam etdirməyi hədəfləmişdi.

ötən turda "Sabah"ı məğlub edən "gənclik şəhəri" təmsilçisi isə sensasiya axtarışında idi. Amma "Qarabağ" bu oyunda da qələbə qazanmaqla uğurlu seriyasını davam etdirib.

 

Azərbaycan Premyer Liqası

VI tur

27 sentyabr (cümə)

"Qarabağ" – "Sumqayıt" 2:0
Qol: D.Kintana, 45+2. M.Emreli, 90.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 99. Maqaye Qeye, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 11. Mahir Emreli, 7. Araz Abdullayev, 6. Simeon Slavçev, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Ayxan Abbasov.

 

1

Qarabağ

5

5

0

0

13-1

15

2

Səbail

5

3

1

1

7-6

10

3

Keşlə

5

2

1

2

6-3

7

4

Zirə

5

2

1

2

5-6

7

5

Sumqayıt

5

2

0

3

5-7

6

6

Neftçi

5

1

2

2

3-5

5

7

Qəbələ

5

1

1

3

2-10

4

8

Sabah

5

0

2

3

2-5

2

Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt"), Lorenzo Frutos ("Keşlə"), Mirabdulla Abbasov ("Səbail") - 3 qol.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest