AFFA İntizam Komitəsinin (İK) bu gün baş tutan iclasında aşağı yaş qrupu üzrə keçirilən çempionatlardakı neqativ hallar müzakirə olunub. Matc.az saytı xəbər verir ki, komitə aqressiv davranışa, təhqiredici ifadələrə görə bəzi oyunçulara 3-4 oyunluq cəza kəsib.

U-14 Liqasında “Ağsu”nun baş məşqçisi Sönməz Quliyev AFFA-nın Mərkəz region üzrə nümayəndəsinə qarşı təhqiredici ifadələr işlətdiyi və fiziki güc tədbiq etməyə cəhd etdiyinə görə 15 oyunluq cəzalandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest