"Düdelanj"da olan 6 futbolçu ilə tez-tez zəngləşirəm. Onların Avropa Liqasının qrupuna startı inanılmazdı". Matc.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Düdelanj"ın sabiq futbolçusu Stelvio Kruz deyib.

Altı il şərəfini qoruduğu Lüksemburq klubunu bu ilin yayında tərk edən anqolalı yarımmüdafiəçi Belçikanın "Virton" klubuna keçib.

Vaxtilə Kiprdə "Alki"nin formasını geyinmiş 30 yaşlı orta sahə oyunçusu "Qarabağ"ın yer aldığı qrupu dəyərləndirib. O, Lüksemburq çempionunun ikinci yeri tuta biləcəyini düşünür: "Düdelanj"da görülən işlər davam etdirilir. Lüksemburq futbolunda səviyyə artır. APOEL üzərində qələbə inanılmaz oldu. "Sevilya" bu qrupun favoritidi və ilk pilləyə əsas namizəddi. "Düdelanj" isə ikinciliyə inanmalıdı. çünki "Qarabağ"la APOEL eyni səviyyədədi. Yəni APOEL-ə qalib gələn "Qarabağ"a da eyni aqibəti yaşada bilər".

Qeyd edək ki, qrup mərhələsinin II turunda "Qarabağ" Lüksemburq səfərinə yollanacaq. Azərbaycan çempionu oktyabrın 3-də "Düdelanj"ın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest