"Vəziyyəti düzəltməli olan şəxslər futbolçulardı. Bu durumdan məşqçi korpusu və futbolçular birlikdə çıxa bilər. "Sabah"la oyuna necə hazırlaşırdıqsa, inanıram ki, qarşıdakı matçlara da o cür hazırlaşsaq, çətin durumdan çıxarıq".

"çətin oyun alındı. Hamımız qələbəni istəyirdik. Külək də mane olurdu. Buna baxmayaraq, gücümüzün 100 faizini ortaya qoyduq. Düşünürəm ki, layiqli qələbə qazandıq". Matc.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Sərtan Taşqın Premyer Liqanın V turunda "Sabah"la keçirilən oyun haqda danışarkən deyib.

"Gənclik şəhəri" təmsilçisinin öz meydanında 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada komandanın yeganə qoluna məhz Sərtan imza atıb. Cinah oyunçusu daha bir neçə dəfə qol şansının olduğunu söyləyib: "Vurduğum qoldan başqa daha 1-2 dəfə fərqlənmək imkanım oldu, yararlana bilmədim. Amma hiss edirdim ki, alınacaq. Bu üzdən sona qədər getdim. Şükürlər olsun ki, istəyimə çatdım".

22 yaşlı oyunçu ikinci hissədə qaçırdıqları imkanların onlara baha başa gəlməsindən qorxduğunu etiraf edib: "İkinci hissədə kifayət qədər qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Belədə "vurmayana vurarlar" prinsipi adamı qorxudur. "Zirə" ilə görüşdə məhz bu cür olmuşdu. Hər dəfə bu barədə düşünürük. Bu dəfə daha kompakt futbol sərgilədik və bizdə hər şey alındı".

"Sumqayıt"ın ardıcıl 3 məğlubiyyətdən sonra qələbə qazandığını xatırlayan gənc futbolçu bununla "uğursuzluq zolağı"ndan çıxacaqlarına inanır: "Vəziyyəti düzəltməli olan şəxslər futbolçulardı. Bu durumdan məşqçi korpusu və futbolçular birlikdə çıxa bilər. "Sabah"la oyuna necə hazırlaşırdıqsa, inanıram ki, qarşıdakı matçlara da o cür hazırlaşsaq, çətin durumdan çıxarıq".

Gənclər millimizin sabiq üzvü VI turda "Qarabağ"la səfər oyununda xal qazana biləcəklərini düşünür: "çalışacağıq "Qarabağ"la oyunda da xal qazanaq. Əlbəttə ki, "Qarabağ" çox güclüdü. Amma istənilən halda öz oyunumuzu göstərməyə çalışacağıq. Döyüşəcəyik və inanıram ki, xal ala bilərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest