çempionlar Liqasının qrup mərhələsində PSJ ilə oyun "Real"ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub. Matc.az saytının məlumatına görə, komandası 0:3 hesabı ilə məğlub olsa da, forvard yeni rekorda imza atıb.

Belə ki, bu turnirdə 113-cü görüşünə çıxan Benzema çL-də ən çox oyun keçirən fransalı ünvanını ələ keçirib. O, "Arsenal" və "Barselona"da ümimilikdə 112 oyunda iştirak edən həmyerlisi Tyerri Anrini geridə qoyub.

Benzema bununla ümumi göstəricidə 16-cı pilləyə yüksəlib. çL-də ən çox oyun keçirən futbolçu isə İker Kasilyasdı - 177.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest