Lion "Olimpik"i futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsinin ilk turunda doğma meydanda Rusiyanın "Zenit" klubu ilə qarşılaşıb və heç-heçəyə razılaşıb – 1:1. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Fransa təmsilçisinin qitənin ən nüfuzlu klub turnirində doğma meydanda ardıcıl 6-cı heç-heçəsidi.
 
Bununla da Lion klubu çL tarixində öz meydanında ən çox ardıcıl heç-heçə edən kluba çevrilib.
 
Qeyd edək ki, bu oyunda "Olimpik"in heyətində Memfis Depay, "Zenit"də isə Sərdar Azmun fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest