ötən gün çempionlar Liqasında 2019-20 mövsümünə start verilib. Matc.az saytı xəbər verir ki, ilk oyun gününün ən böyükhesablı qələbəsi E qrupunda qeydə alınıb.

öz meydanında "Genk"i qəbul edən "Zalsburq" rəqib qapısından 6 top keçirib. Qonaqlar bu qollardan yalnız ikisinin əvəzini çıxa biliblər. Ev sahiblərinin qollarından üçünü norveçli Erlinq Holann vurub. Artıq 2-ci dəqiqədə hesabı açan 19 yaşlı hücumçu 34-cü dəqiqədə rəqib qapıçı ilə təkbətəkdən də qalib ayrılıb. 45-ci dəqiqədə isə o, het-trikini rəsmiləşdirib.

Bununla da o, çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Norveçliyə qədər heç kim çL matçının birinci yarısında üç qol vurmağı bacarmayıb. İndi Erlinq çempionlar Liqası matçının ilk yarısında het-trik edən ən gənc futbolçudu (19 yaş, 58 gün). Rekordun əvvəlki müəllifi Andrey Şevçenko idi.

Qeyd edək ki, Erlinq Holann vaxtilə "Lids" və "Mançester Siti"də oynamış Alf İnqe Holannın oğludu. O, bu il Norveç komandasında da debüt edib (2 oyun, 0 qol). May ayında hücumçu Gənclərin Dünya çempionatında (U-20) Hondurasa 9 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest