çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Valensiya"nı qəbul edən "çelsi" meydanı məğlub tərk edib - 0:1. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu, baş məşqçi Frank Lempard üçün antirekord olub.

Belə ki, Lempard London klubunun tarixində çL-in debüt oyununda məğlub olan ilk mütəxəssis olub. Bundan əvvəlki 10 məşqçi turnirə qələbə, yalnız Canluka Vialli 1999-cu ildə heç-heçə ilə başlayıb.

Qeyd edək ki, 41 yaşlı Lempard bu ilin yayında "çelsi"nin "sükanı arxası"na  keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest