İdman Arbitraj məhkəməsi (CAS) PSJ-nin hücumçusu Neymarın apellyasiya şikayətini təmin edib. Matc.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, məhkəmə Neymarın UEFA çempionlar Liqasındakı 3 oyunluq cəzasını 2 matça endirib. 
 
Beləliklə, turnirin qrup mərhələsinin ilk 2 oyununda iştirak etməyəcək braziliyalı futbolçu, 3-cü tur çərçivəsində oktyabrın 22-də keçiriləcək "Brügge" ilə matçda komandasına kömək edə biləcək.
 
Neymar keçən mövsüm, çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Yunayted"lə keçirilən cavab qarşılaşmasından (1:3) sonra cəzalandırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest