Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının IV turunda qeydə alınmış neqativ hallar müzakirə olunub.

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının IV turunda qeydə alınmış neqativ hallar müzakirə olunub.

"Sumqayıt" – "Zirə" görüşündə hər iki klubun bəzi rəsmilərinin "A" buraxılışından istifadə etməməsi onlara 800 manatlıq cərimə bahasına başa gəlib.

"Sabah" – "Qəbələ" matçında hər iki tərəfin 4 futbolçusu sarı vərəqə alıb və bu üzdən klublar 800 manat cərimə olunub. "Keşlə" – "Səbail" qarşılaşmasında da eyni hal yaşanıb. Həm "Keşlə", həm də "Səbail" 800 manat cərimələnib.

"Qarabağ" – "Neftçi" oyununda isə "Qarabağ"ın rəsmi şəxslərinin "A" buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest