çempionlar Liqasının qrup mərhələsinin I turunda PSJ ilə qarşılaşacaq "Real" daha bir futbolçusunu itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Marselo səfər oyununda iştirak etməyəcək.

Buna səbəb braziliyalının La Liqanın IV turunda "Levante" (3:2) ilə qarşılaşmada kürək nahiyəsindən zədə alması olub. Bu üzdən baş məşqçi Zinəddin Zidan ulduz futbolçunu heyətə daxil etməyib. Marselo ilə yanaşı, Luka Modriç də zədə səbəbindən Parisdəki qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, PSJ - "Real" oyunu sentyabrın 18-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest