çempionlar Liqasında qrup mərhələsinin ilk turunda "Borussiya" ilə qarşılaşacaq "Barselona" Dortmunda yola düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Ernesto Valverde səfərə aparılan "22-liy"i açıqlayıb.

Diqqət çəkən məqam bu mövsüm hələ də debüt etməyən kapitan Lionel Messinin iştirak ərizəsində yer almasıdı. Həkimlər argentinalı superulduzun son yarım saatda meydana çıxmasına icazə veriblər. Həmçinin zədəsini sağaldan qapıçı Neto da heyətə salınıb. Yalnız müdafiəçi Samuel Umtiti və hücumçu Usman Dembele zədə ucbatından heyətdə yer almayıblar.

Qeyd edək ki, "Borussiya" - "Barselona" matçı sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest