"Ağır meydançada vacib qələbə qazandıq". Matç.az xəbər verir ki, bu sözləri "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının X turunun "Keşlə" ilə matçından (1:0) sonra klubun saytına deyib.

Qələbə qolunun müəllifi oyun barədə danışıb: "çox sevinirəm ki, qalib gəldik və bu qələbədə mənim də payım oldu. Belə davam edib, rəqiblərlə aramızdakı xal fərqini artırmağa çalışacağıq. Komanda yoldaşlarım gözəl oyun göstərdilər. Onlara və azarkeşlərimizə təşəkkür edirəm".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest