Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Sentyabrın 14-də start götürəcək IV turda "Zirə" "Sumqayıt"ın qonağı olacaq. Bu görüş iki komanda arasında ölkə çempionatlarında 17-ci duel olacaq.

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Matc.az xəbər verir ki, sentyabrın 14-də start götürəcək IV turda "Zirə" "Sumqayıt"ın qonağı olacaq.

Bu görüş iki komanda arasında ölkə çempionatlarında 17-ci duel olacaq. Bu oyunlarda üstünlük "Zirə"nin tərəfindədi. Komanda matçların yarıdan çoxunda – 9 dəfə qələbə qazanıb. üç dəfə bir xalla kifayətlənən zirəlilər 4 qarşılaşmadan məğlub ayrılıblar. 33 qolun vurulduğu matçlarda top fərqi də "qartallar"ın xeyrinədi – 21:12. Komandanın əvvəlki 16 qarşılaşmadakı ən yaxşı bombardiri Aleksandr Dedovla Vüsal İsgəndərlidi. Onların hərəsi 3 dəfə "Sumqayıt"ın qapısına yol tapıb.

9-cu dəfə sumqayıtlıların qonağı olacaq "Zirə" qələbələrindən üçünü rəqib meydanında əldə edib. Eyni sayda məğlubiyyəti olan komanda iki dəfə bərabərliklə kifayətlənib. Bakılılar top fərqində üstünlüyə malikdi – 7:6.

Son oyunlara gəlincə, qəsəbə təmsilçisi ardıcıl üç qələbə qazanıb. 2019-cu ildəki iki matçda isə komanda qapısını da toxunulmaz saxlaya bilib.

 

2015/16 mövsümü

13.09.2015. Premyer Liqa. Sumqayıt - Zirə - 0:0

07.11.2015. Premyer Liqa. Zirə - Sumqayıt - 3:2

Cəmil Hacıyev, 16 (ö.q); Adil Nağıyev, 49; Nicat Qurbanov, 75 // Ağabala Ramazanov, 45; Pərdis Fərcad Azad, 81

06.02.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 0:2

Nelson Bonilla, 4; Rəşad Abdullayev, 90+2

03.04.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0

Nurlan Novruzov, 84

 

2016/17 mövsümü

06.08.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 0:1

Vaqif Cavadov, 75

17.12.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 1:0

Mirabdulla Abbasov, 14

27.02.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0

Riçard Qadze, 35

15.04.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 1:1

Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+4 (p.)

 

2017/18 mövsümü

26.08.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 3:1

Riçard Qadze, 52; Vüsal İsgəndərli, 61, 77 - Jozef Bum, 88 (ö.q.)

21.10.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 2:1

Amil Yunanov, 38; Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 5

10.02.2018. Premyer Liqa. Zirə - Sumqayıt - 1:1

Vüsal İsgəndərli, 40 - Tural Axundov, 35

20.05.2018. Premyer Liqa. Sumqayıt - Zirə - 1:2

Cavid İmamverdiyev, 13 - Aleksandr Dedov, 68; Sadio Tounkara, 90+5

 

2018/19 mövsümü

30.09.2018. Premyer Liqa. Sumqayıt – Zirə - 1:0

Adil Nağıyev, 16 (ö.q.)

25.11.2018. Premyer Liqa. Zirə – Sumqayıt – 3:1

Aleksandr Dedov, 36, 74; Bilal Həmdi, 90+6 - Əfran İsmayılov, 45+3

24.02.2019. Premyer Liqa. Sumqayıt – Zirə - 0:1

Mfo Kqasvane, 23

13.04.2019. Premyer Liqa. Zirə – Sumqayıt – 2:0

Xulio Sezar Rodrigez, 33; İlkin Qırtımov, 90+2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest