Azərbaycan Premyer Liqasının III turu "Zirə"nin futbolçusu Soni Norde üçün ilklə əlamətdar olub. Matc.az xəbər verir ki, 30 yaşlı hücumçu "qartallar"ın heyətində birinci qoluna imza atıb.

Haitili legionerin qol hesabını açması "Sabah"la oyuna (1:1) təsadüf edib. "Zirə"də cari mövsümdə debüt edən Norde buna 3-cü matçında nail olub.

Soni klubun tarixinə Premyer Liqada qol vuran 36-cı futbolçu kimi düşüb. Haitiliyə qədər buna 35 oyunçu gerçəkləşdirib. Soni cari mövsümdə bu siyahıya düşən ikinci futbolçudu. ötən turun "Neftçi" ilə qarşılaşmasında (1:0) Cavid Hüseynov ilk dəfə "Zirə" formasında fərqlənmişdi. Hər iki oyunçu ev matçında qol hesabını açıb.

Qeyd edək ki, "Zirə"nin bütün turnirlərdə keçirdiyi oyunları nəzərə almaqla Norde klub tarixində qol müəllifi olan 59-cu futbolçudu. Ona qədər Premyer Liqa, I divizion və UEFA Avropa Liqasında ümumilikdə 58 oyunçu rəqib qapısına yol tapmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest