Azərbaycan Premyer Liqasında IV turun təqvimi müəyyənləşib. Milli komandaların seçmə mərhələ oyunları üçün çempionatda verilmiş fasilədən sonrakı ilk turda azarkeşlər mərkəzi oyuna şahidlik edəcək. Belə ki, "Qarabağ" "Neftçi"ni qəbul edəcək.

Azərbaycan Premyer Liqasında IV turun təqvimi müəyyənləşib. Matc.az saytının məlumatına görə, milli komandaların seçmə mərhələ oyunları üçün çempionatda verilmiş fasilədən sonrakı ilk turda azarkeşlər mərkəzi oyuna şahidlik edəcək.

Belə ki, "Qarabağ" "Neftçi"ni qəbul edəcək. IV turda həmçinin 6 xalla 2-3-cü yerləri bölüşən "Keşlə" ilə "Səbail" üz-üzə gələcək. Bundan başqa, "Sabah" "Qəbələ"ni, "Sumqayıt" isə "Zirə"ni qəbul edəcək.

Oyunların keçirilmə günü və başlama saatı yaxın günlərdə müəyyənləşəcək.

 

Azərbaycan Premyer Liqası

IV tur

"Qarabağ" - "Neftçi"

"Sumqayıt" - "Zirə"

"Sabah" - "Qəbələ"

"Keşlə" - "Səbail"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest