Futbol üzrə UEFA çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, son oyun günündə də 3 qarşılaşma baş tutub.

Kiprdə keçirilən ilk oyunda APOEL-lə qolsuz heç-heçəyə razılaşan "Ayaks" bu dəfə rəqibini doğma azarkeşləri önündə qəbul edib. İki cavabsız qolla qalib gələn Hollandiya nəhəngi Kipr təmsilçisinin sürpriz etməsinə imkan verməyib. 

Belçikanın "Brügge" klubu Avstriya LASK-ını, çexiya "Slaviya"sı isə Rumıniyanın çFR-ini qəbul edib. Bu oyunlarda da sevinən tərəf meydan sahibləri olublar. 

Beləcə, "Ayaks", "Brügge" və "Slaviya" da çL-in qrup mərhələsinə vəsiqə qazanıb.

UEFA çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları

27 avqust

Krasnodar (Rusiya) – Olimpiakos (Yunanıstan) 1:2
Qol: Utkin, 10 – El Arabi, 11; 48.
İlk oyun – 0:4

Rusenborq (Norveç) – Dinamo (Zaqreb, Xorvatiya) 1:1
Qol: Akintola, 11 – Qoyak, 71.
İlk oyun – 0:2

Srvena Zvezda (Serbiya) – Yanq Boyz (İsveçrə) 1:1
Qol: Vukanoviç, 59 – E.F.Ben, 82-öz qapısına.
İlk oyun – 2:2

28 avqust

Ayaks (Hollandiya) – APOEL (Kipr) 2:0
Qol: Alvares, 43. Tadiç, 80.
İlk oyun – 0:0

Brügge (Belçika) – LASK (Avstriya) 2:1
Qol: Vanaken, 70. Dennis, 89 – Klauss, 74-pen.
İlk oyun – 1:0

Slaviya (Praqa, çexiya) – çFR (Kluj, Rumıniya) 1:0
Qol: Boril, 66.
İlk oyun – 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest