"Zirə" Topaz Premyer Liqasının X turunda "Səbail"lə qarşılaşacaq. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, cari mövsümdə ikinci dəfə görüşəcək komandalar ümumilikdə 6-cı dəfə üz-üzə gələcək.

Rəqiblərin əvvəlki 4 qarşılaşması Premyer Liqanın ötən mövsümünə təsadüf edib. Həmin matçlar "Zirə"nin üstünlüyü ilə keçib. üç qələbə qazanıb, bir dəfə heç-heçə edən bu komanda bütün görüşlərdə rəqib qapısına yol tapıb. Bu üstünlük top fərqində də əksini tapıb – 5:2.

"Səbail"in ilk və yeganə qələbəsi cari mövsüm qeydə alınıb. "Zirə" həmin görüşdə texniki məğlubiyyət alıb. Samir Abasovun kollektivi 3-cü dəfə rəqibini öz meydanında qəbul edəcək. Əvvəlki matçlar hər iki komandanın qol vurması ilə diqqət çəkib. Zirənin eyniadlı təmsilçisi evdə 1 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, "Zirə" və "Səbail" arasında keçirilən oyunlardakı 7 qola yeddi fərqli oyunçu imza atıb.

 

2017/18 mövsümü

13.08.2017. Zirə - Səbail - 2:1

Milan Duriç, 3; Riçard Qadze, 17 - Vüqar Nadirov, 43

03.12.2017. Səbail - Zirə - 0:1

Adil Nağıyev, 39

14.03.2018. Zirə - Səbail - 1:1

Aleksandr Dedov, 17 // Nikoloz Apakidze, 54

05.05.2018. Səbail - Zirə - 0:1

Müşfiq İlyasov, 16

 

2018/19 mövsümü

15.09.2018. Səbail - Zirə - +:-

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest